Modern.az

Dollar satışını dayandıran və davam edən banklar - SİYAHI

Dollar satışını dayandıran və davam edən banklar - SİYAHI

İqtisadiyyat

30 Avqust 2016, 21:16

Ölkədə bəzi kommersiya bankları dollar satışını dayandırsa da,bir çox banklar 300-500 USD limitlə dollar satışını həyata keçirir. Lakin qeyd etmək lazımdır ki, bu göstəricilər gündəlik olaraq dəyişə bilər. Bu daha çox gündəlik məzənnə, bankın daxili qərarlarından asılı olaraq dəyişir. Modern.az saytı xəbər verir ki, banker.az hal-hazırda hansı banklarda dollar satışının aparıldığını araşdırıb.

 

Access Bankda dolların satışı maximum  100 USD-dir

 

AFB Bank dolların satışını dayandırıb.

 

AG Bank dollar satışını müvəqqəti olaraq dayandırıb.

 

Amrah Bank dollar satışını dayandırıb.

 

Ata Bank dolların satışını maximum 500 USD-lə edir.

 

Azər-Türk Bankda dolların satışı mövcuddur.Limit haqqında bankın filiallarına yaxınlaşa bilərsiniz..

 

Bank Avrasiyada 200 USD limitlə dollar əldə etmək mümkündür.

 

Bank BTB-də dolların satışı 100 USD-ə qədərdir.

 

Bank of Baku-da dolların satışı 300 USD-ə qədərdir.

 

Bank Respublikada dolların satışı 100 USD-ə qədərdir.

 

Bank Silk Veydə yalnız kartlar üzrə dollar əməliyyatları həyata keçirilir.

 

Bank Standard`da dolların satışı dayandırılıb.

 

Bank VTB dolların satışını müvəqqəti olaraq dayandırıb.

 

Capian Development Bank 200 USD limitlə dollar satışını reallaşdırır.

 

Express Bankda 100 USD-ə qədər dollar əldə etmək mümkündür.

 

Beynəlxalq Bank 200 USD limitlə dollar satışını həyata keçirir.

 

Kapital Bankda dolların satış limiti 100 USD-dir.

 

Muğan Bank dollar satışını dayandırıb.

 

NBC Bankda dolları 500 USD-ə qədər sənədsiz,500 USD-dən yuxarı şəxsiyyət vəsiqəsilə əldə etmək mümkündür.

 

Nikoil Bankda dolların satışı dayandırılıb.

 

Paşa Bankda dolların satışı bankın müştərilərinədir.Limit isə 5000 USD-dir.

 

Rabita Banda dolların satışı 200 USD limitlə həyata keçirilir.

 

Turan Bankda dolların satışında limit 100 USD-dir.

 

Unibankda dolların satışı mümkündür.Bunun üçün müştəri şəxsiyyət vəsiqəsilə bankın baş ofisinə yaxınlaşmalıdır.

 

Xalq Bank dolların satışını dayandırıb.

 

Yapı Kredi Bank dollar satışını 100 USD limitlə həyata keçirir.

 

Ziraat Bank 200 dollar limitlə dollar satır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir