Modern.az

Estoniya parlamenti prezidenti 3-cü turda da seçə bilmədi

Estoniya parlamenti prezidenti 3-cü turda da seçə bilmədi

Dünya

30 Avqust 2016, 21:47

Estoniya parlamenti avqustun 30-da səsvermənin üçüncü turunda da yeni prezidenti seçə bilməyib. Modern.az saytı AzərTAc-a istinadən xəbər verir ki, nə hakim Sosial-Demokratik Partiya koalisiyasına daxil olan fraksiyaların və İslahat Partiyasının dəstəklədiyi Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siym Kallas, nə də müxalif Mərkəz Partiyasının dəstəklədiyi parlamentin deputatı Maylis Reps qələbə qazanmaq üçün lazım olan səs sayını toplaya bilməyib.

 

Bundan sonra prezident parlamentin 101 deputatının və yerli özünüidarənin 234 nümayəndəsinin daxil olduğu seçicilər kollegiyası tərəfindən seçiləcək. Bu mərhələdə qalib gəlmək üçün namizədə sadə səs çoxluğu kifayət edir.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?