Modern.az

İŞİD-in atəşindən 3 türk hərbçisi yaralandı

İŞİD-in atəşindən 3 türk hərbçisi yaralandı

Dünya

30 Avqust 2016, 22:07

Suriyanın şimalında İŞİD silahlıları Türkiyəyə məxsus tankı atəşə tutublar, nəticədə üç hərbçi yaralanıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahındakı mənbə məlumat yayıb. 

 

Məlumata görə, hücum Carablus şəhərindən qərbə, İŞİD-in nəzarətində olan ərazindən həyata keçirilib. Terrorçuların atdığı raketlərdən biri tanka dəyib. Yaralılarda biri Qaziantep xəstəxanasına göndərilib.

 

Qeyd edək ki, Türkiyə ordusu avqustun 24-dən Suriyanın Carablus şəhərində İŞİD-ə qarşı “Ərəfat qalxanı” əməliyyatına başlayıb. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir