Modern.az

Nazirlik bu xəbəri verənləri mükafatlandıracaq

Nazirlik bu xəbəri verənləri mükafatlandıracaq

Aktual

30 Avqust 2016, 22:36

Vergidən yayınanlar barədə Vergilər Nazirliyinə xəbər verən şəxslər mükafatlandırılacaqlar. Modern.az saytı “Xəzər xəbər”ə istinadən xəbər verir ki,  bu, nazirliyin yeni həyata keçirməyə hazırlaşdığı ictimai məlumatlandırma adlanan mexanizmin tətbiqi ilə reallaşacaq.

 

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin şöbə müdiri Fərid Nəbilinin sözlərinə əsasən, vergidən yayınma hallarına görə xəbər verən şəxslərin mükafatlandırılması onların verdiyi xəbərin önəmindən asılı olacaq. Nazirliyin şöbə müdiri bildirib ki, mükafatın məbləği kifayət qədər yüksək olacaq.

 

Məlumatların nazirliyə çatdırılmasında ənənəvi və yeni olmaqla bütün əlaqə formalarından istifadə ediləcək.

 

Vergi ilə bağlı müraciət edən şəxslərin müraciətinə 30-60 gün ərzində baxılması planlaşdırılır. Nazirlik rəsmisinin sözlərinə görə, qısa zamanda mexanizmin təfərrüatları dəqiqləşdiriləndən sonra onun tətbiqinə başlanacaq.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir