Modern.az

“Bu cür bəyanatlar yolverilməzdir”- Ankaradan Vaşinqtona

“Bu cür bəyanatlar yolverilməzdir”- Ankaradan Vaşinqtona

Aktual

30 Avqust 2016, 22:59

Ankara Türkiyənin Suriyada keçirdiyi “Ərəfat qalxanı” əməliyyatına dair Ağ Ev nümayəndəsinin tənqidi bəyanatını yolverilməz adlandırıb və bu mövqeyini ABŞ-ın ölkədəki səfirinə çatdırıb. Modern.az saytı  APA-ya istinadən xəbər verir ki, bu barədə TÜrkiyə XİN-in mətbuat katibi Tanju Bilqiç bildirib.

 

Qeyd edək ki, ABŞ hakimiyyəti Türkiyə ordusunun Suriyadakı kürd silahlı dəstələrinə zərbələr endirməsini pisləyərək, diqqətini daha çox İŞİD-lə mübarizəyə yönəltməyə çağırıb.

 

ABŞ prezidentinin müşaviri Ben Rods bildirib ki, Barak Obama türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla sentyabrın 4-də baş tutacaq görüşdə Türkiyənin Suriyaya müdaxiləsini və Suriyanın “demokratik qüvvələrinə” qarşı addımlarının tənqid etmək niyyətindədir.

 

“Bu cür bəyanatlar yolverilməzdir və Ankara-Vaşinqton müttəfiq münasibətlərinə uyğun deyil. Əməliyyat, Türkiyənin milli təhlükəsizliyinə yönəlmiş təhdidlər aradan qaldırılanadək, davam etdiriləcək. ABŞ-la razılaşmamıza əsasən, Suriyadakı kürd silahlı dəstələrinin Ərəfatdan şərqə doğru çəkilməsini gözləyirik”, - deyə Tanju Bilqiçin yazılı bəyanatında bildirilir.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir