Modern.az

Sumqayıtda ağır qəza: 4 ölü, 2 yaralı, YENİLƏNİB - FOTOLAR

Sumqayıtda ağır qəza: 4 ölü, 2 yaralı, YENİLƏNİB - FOTOLAR

Aktual

31 Avqust 2016, 00:25

Sumqayıtda  baş verən ağır qəzada yaralananlardan ikisi qardaşdır. Modern.az saytı xəbər verir ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ağır vəziyyətdə xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralılardan biri koma vəziyyətində, digəri isə ağır kəllə beyin travması və bədənin müxtəlif yerlərinin qapalı sınığı ilə şöbəyə qəbul edilib.

Yaralılar iki qardaş-Abşeron rayon Saray qəsəbəsi sakinləri Bayramov ElçinYusif oğlu Bayramov Əliyar Yusif oğludur.

 Qeyd edək ki, qəza zamanı 4 nəfər həlak olub.

23:14

 

 

Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı-Quba magistral avtomobil yolunun 40-cı km-də “Volkswagen” markalı minik avtomobili ilə “Lada” markalı minik avtomobili toqquşub.

 Dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər “Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Məmmədov Elnur İsfəndiyar oğlunun və şəxsiyyəti məlum olmayan 2 nəfərin cəsədlərini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. 

Qeyd edək ki, hadisəyə səbəb "Passat" markalı avtomobilin Qubadan Bakı istiqamətində hərəkət edən "LADA110" markalı avtomobilin yoluna çıxması olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI