Modern.az

Baş nazirdən DTX ilə bağlı QƏRAR

Baş nazirdən DTX ilə bağlı QƏRAR

Aktual

31 Avqust 2016, 09:35

Nazirlər Kabineti “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 9 noyabr tarixli qərara dəyişikliklər edib.

 

Bu barədə Modern.az-a Nazirlər Kabinetindən verilən məlumatda bildirilib.

 

Baş nazir Artur Rasizadənin imzaladığı yeni qərara əsasən “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında” prezident İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2007-ci il 9 noyabr tarixli 176 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

 

1. Adında, preambulasında, 1-ci, 2-ci və 4-cü hissələrində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” (DTX) sözləri ilə əvəz edilsin.

 

2. Həmin qərarla təsdiq edilmiş 1 - 17 nömrəli normalarda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə, “MTN-in” sözü “DTX-nin” sözü ilə və “milli təhlükəsizlik nazirinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin” sözləri ilə əvəz edilsin.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır