Modern.az

Dünyanın nüfuzlu alimləri BAKIDA

Dünyanın nüfuzlu alimləri BAKIDA

31 Avqust 2016, 10:31

Avqustun 31-də "ICMSEM 2016" 10 beynəlxalq konfransın açılış mərasimi keçirilib.

 

İkigünlük "İdarəetçə elmi və mühəndislik idarəetməsi" ("ICMSEM 2016") konfransına dünyanınn10-dan ölkəsindən akademik səviyyədə nümayəndələr qatılıb.

 

Modern.az xəbər verir ki, konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, eləcə də dünyanın bir sıra ölkələrinin nüfuzlu alimləri iştirak edib.

 

Konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Dövlət və Sənaye Universiteti, Azərbayan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki və Çinin Siçuan Universitetidir.

Azərbaycan alimlərinin konfransa təqdim olunan məqalələri nüfuzlu "Springer" məlumat bazasına yerıəşdirilib və dərc edilib.

 

Qeyd edək ki, "ICMSEM 2016" beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il MDB məkanında ilk dəfə olaraq, konfransa Azərbaycan ev sahibliyi edir.

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır