Modern.az

Türkiyədə seçkilərin vaxtı dəyişdirilə bilər

Türkiyədə seçkilərin vaxtı dəyişdirilə bilər

Aktual

31 Avqust 2016, 10:47

Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) 2019-cu ildə keçiriləcək 3 seçkinin büdcəyə gətirəcəyi əlavə xərci nəzərə alaraq yenidən vaxtının dəyişdirilməsini istəyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, AKP-nin baş katibi Əbdülhəmid Gül, CHP-nin sədr müavini Bülənt Tezcan və MHP-li Deputat Mehmet Parsakdan ibarət olan Konstitusiya Uzlaşma Komissiyasının üzvləri bir araya gələcəklər. 

 

İclasda partiyaların səlahiyyətli komissiyalarına təqdim olunan və təsdiq olunan dəyişikliklər müzakirə ediləcək. İclasda ən mühüm mövzulardan birini seçkilərin vaxtının müəyyənləşdirilməsi məsələsi təşkil edir. AKP müxalifətə 2019-cu ildə keçiriləcək üç seçkini üç ilə yaymağı təklif edir.

 

Təklif qəbul olunduğu halda:

 

2019-cu ilin martında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri 7 ay sonra, 2019-ci ilin oktyabr ayında,

2019-ci ilin avqust ayında keçiriləcək prezident seçkisi, 3 aylıq təxirə salınmaqla 2019-ci ilin oktyabr ayında olacaq.

Parlament  seçkiləri isə 4 il əvəzinə 5 ildən bir keçiriləcək. Beləliklə 2019-cu ilin noyabrında nəzərdə tutulan  parlament seçkiləri 2020-ci ilin oktyabrında keçiriləcək.

 

Qeyd edək ki, müxalifət partiyaları da bu təklifə etiraz etmir.

 

Mirmahmud KAZIMOĞLU 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!