Modern.az

AZAL-dan endirim kampaniyası

AZAL-dan endirim kampaniyası

Aktual

31 Avqust 2016, 10:57

"Azərbaycan Hava Yolları” (AZAL) Qurban bayramına həsr olunmuş yeni payız aksiyasına başladığını elan edir.

 

AZAL-ın mətbuat xidmətindən Modern.az-a verilən  məlumata görə, sentyabrın 5-dən 30-na kimi hər iki istiqamətə aviabilet alan sərnişinlərə 20% endirim tətbiq ediləcək.

 

Endirimlər Bakıdan/Bakıya - London, Milan, Berlin, Paris, Praqa və Nyu-York (uçuş dövrü: 15 sentyabr - 10 dekabr, 2016-cı il) istiqamətləri üzrə nəzərdə tutulub.

 

Bundan başqa, Bakı – Təl-Əviv - Bakı istiqaməti üzrə uçuş dövrü sentyabrın 15-dən 25-dək və oktyabrın 25-dən dekabrın 10-dək olan aviabiletlərə 20% endirim tətbiq olunur.

 

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?