Modern.az

Koreya və Çində dəhşətli edamlar – venaya zəhər yeritmə, odsaçanla yandırma....

Koreya və Çində dəhşətli edamlar – venaya zəhər yeritmə, odsaçanla yandırma....

31 Avqust 2016, 11:00

Şimali Koreyada iki yüksək vəzifəli məmur Kim Çen Inın əmri ilə  camaatın qarşısında edam olunub. Onların zenit qurğusu ilə güllələndikləri bildirilir.

 

Edam olunanlar keçmiş kənd təsərrüfatı naziri Xvan Min və Təhsil Nazirliyinin məmuru Ri En Çjindir. Güllələnmə Pxenyandakı Hərbi Akademiyanın həyətində həyata keçirilib.

 

Xvan Minin edamına səbəb Kim Çen Inın onun siyasi baxışları ilə razılaşmaması və onu şəxsi düşməni kimi qəbul etməsi olub. Ri En Çjin isə Kim Çen Inın çıxışı zamanı yatdığına görə qəzəbə gəlib. Onu həmin andaca həbs edərək intensiv sorğu-suala tutublar, sonradan korrupsiyadan ittiham edilərək dəhşətli edama məhkum ediblər.

 

Modern.az Şimali Koreya və Çində bundan əvvəl məmur və biznesmenlərin qəddarcasına edamı ilə bağlı 8 faktı təqdim edir.

 

1.Nazir güllə ilə partladılıb

 

2015-ci ilin aprel ayı. Cənubi Koreya kəşfiyyatı Şimali Koreyada ən yüksək vəzifəli məmurlardan biri olan xalq silahlı qüvvələri naziri Xen En Çxolyanın edamı haqda məlumat yayıb. Hərbçi yüksək postundan uzaqlaşdırlıb və Şimali Koreya lideri Kim Çen Inın iştirak etdiyi hərbi paradda mürgülədiyinə görə xəyanətdə ittiham olunub. Renxall informasiya agentliyinin xəbərinə görə, naziri zenit qurğusu ilə Pxenyan rayonundakı hərbi məktəbin ərazsində bir neçə yüz adamın gözü qarşısında güllələnib.

 

2.Milyarder üçün zəhər

 

2015-ci ilin sentyabr ayı. Çində ən iri mədənçıxarma korporasiyalarından biri Hanlong Groupun keçmiş rəhbəri Lyu Xanya cinayətkar qruplaşma təşkil etməkdə ittiham olunaraq ölümcül inyeksiyanın köməyi ilə edam edilib. Onunla birgə qardaşı Lyu Vey və daha 3 nəfər də edam edilib. Ölüm hökmü icra olunmazdan əvvəl onlara ailələri ilə görüşməyə icazə verilib. Sonra ölümə məhkum olunanlar növbə ilə ilə xüsusi furqona oturdublar. Həkimlər burada onlara ölümcül inyeksiyanı vurublar.

 

3. Manyak həbsxananın yanında güllələnib

 

2014-cü ilin yanvar ayı. Çində dövlət xidmətinin keçmiş klerki, 36 yaşlı Li Xao barəsində çıxarılan ölüm hökmü icra olunub. O, qəddar seksual manyak olub, yerin altında 6 nəfəri əsir saxlayıb. Öz hakimiyyətindən zövq alan Xao zərərçəkənləri bir-birini həyatdan məhrum etməyə məcbur edib.

Onun edamı manyakın oturduğu həbsxnananın yaxınlığında, üç mühafizəçinin nəzarəti altındakı xüsusi seçilmiş ərazidə həyata keçirilib. Li Xao orada güllələnib. İctimnaiyyət edam yerinə buraxılmayıb.

 

4. Odsaçanla yandırılıb

 

2014-cü ilin aprel ayında Şimali Koreyanın məmuru – ictimai təhlükəsizlik naziri O Son Xona qarşı ən qəddar edam cəzası icra olunub. Onu odsaçan silahla yandırıblar. Məlumata görə, bunu hətta Kim Çen In şəxsən özü edib.

Nazirin vəhşicəsinə öldürülməsinə səbəb kommunist liderin dayısı Çan Son Txekomla sıx əlaqəsi olub. O, korrupsiya və əks kəşfiyyat fəaliyyətinə görə açıq şəkildə pislənilib və dekabr ayında edam edilib.

 

5. Cənubi Koreya serillarına baxan 10 məmur gülləbaran edilib

 

2014-cü ilin oktyabr ayı. Şimali Koreyada 10 yüksək vəzifəli məmur və hakim partiyanın üzvləri açıq şəkildə gülləbaran ediliblər. Onlar rüşvətxorluqda, əxlaqsızlıqda və Cənubi Koreya seriallarına baxmaqda ittiham olunublar.

 

6. Dayısına da rəhm etmədi

 

2014-cü ilin dekabr ayında ümumi baxışdan sonra “mənəvi çürümə və xəyanətə görə” Şimali Koreya liderinin müəllimi lider və dayısı Çan Son Txek qəddarcasına edam olunub. Cənubi Koreya KİV-lərinin məlumatına görə, onu da iri çaplı zenit pulemyotu ilə güllələyiblər.

 

7. Rüşvətə görə venaya iynə

 

2011-ci il iyulun 9-u. Çində korrupsiyaya görə iki iri məmur edam olunub. Xnaçjou şəhərinin vitse-meri Syuy Mayyun 145 milyon yuan (22,3 milyon dollar) rüşvət alıb, eləcə də 53 milyon yuan (8,15 milyon dollar) dövlət vəsaitini mənimsəyib.

 

İkinci korrupsiyaçı Suçjou çəhərinin vitse-meri Tsi Jentsze 100 milyon yuam (14,9 milyon dollar) rüşvət alıb. Hər iki məmurun venasına zəhərli maddə vurulub.

 

8. Uğursuz islahatın güdazına gedib

 

2010-cu ilin mart ayında Şimali Koreyanın keçmiş maliyyə naziri, 77 yaşlı Pak Nam Qi güllələnib. Onun barəsində ölüm hökmü valyuta islahatının uğursuzluğuna görə çıxarılıb. Bu uğursuzluq öldürücü inflyasiya və yerli əhalinin kütləvi təlaşlanması ilə nəticələnib.

Pak Nam Qi ölkə iqtisadiyyatını qəsdən dağıtmaqda ittiham olunub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar