Modern.az

Azərbaycanın son 10 ildə neftdən qazandığı gəlir AÇIQLANDI

Azərbaycanın son 10 ildə neftdən qazandığı gəlir AÇIQLANDI

İqtisadiyyat

31 Avqust 2016, 12:43

Böyük neft pullarının ölkəyə sel kimi axdığı 10 ildə (2006-2015-ci illər) mənfəət neftinin satışından Neft Fonduna 122.5 milyard dollar daxil olub.

 

Xarici podratçı və subpodratçı şirkətlər tərəfindən büdcəyə mənfəət vergisi formasında təxminən 10 milyard dollar, əmək haqqından gəlir vergisi formasında ən azı 1.5 milyard dollar vergi ödənib.

 

Modern.az-ın məlumatına görə, bu haqda şərh verən iqtisadçı Rövşən Ağayev deyib ki, hökumət xarici neft müqavilələrindən mənfəət nefti və vergilər formasında 140 milyard dollara yaxın vəsait əldə edib.

 

Bəs xaricilər burdan nə aparıb? 

Ekspert deyir ki, tədiyyə balansının məlumatlarına görə, həmin 10 ildə investorlar özlərinə düşən 36.4 milyard dolları repatriasiya edərək ölkədən çıxarıblar:

“Əlavə olaraq, 1.5 milyard dollardan çox vəsait bu şirkətlərin işçilərinə əmək haqqı formasında ödənib. 


Nəticə budur ki, 10 ildə neftdən qazanılan vəsaitlərdən 80%-i mənfəət neftinin satışından xalis qazanc və vergilər formasında Azərbaycan hökumətinə çatıb.

Müstəqillik dövründə Qərb investorları ilə əməkdaşlıqlığımızın real nəticəsi budur. Azərbaycanın Qərblə inteqrasiyanın istənilən istiqamətindən belə, uduşla çıxacağına şübhə etmirəm. Rəqəmlərə diqqət yetirin, konspiraloji və saxta uydurmalara yox..”.

 

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi