Modern.az

Rusiyanın keçmiş baş naziri: "Azərbaycanda erməni xalqına yardım üçün xeyli çalışmalı oldum”

Rusiyanın keçmiş baş naziri: "Azərbaycanda erməni xalqına yardım üçün xeyli çalışmalı oldum”

Qarabağ

31 Avqust 2016, 13:31

Rusiyanın keçmiş baş naziri (1999), hazırda İmperator Pravoslav Fələstin Cəmiyyətinin sədri Sergey Stepaşin Qarabağla bağlı qısa xatirələrini bölüşüb.

 

Modern.az xəbər verir ki, Ermənistana səfəri çərçivəsində yerli jurnalistlərə açıqlama verən Stepaşin 1988-ci ildə Qarabağda etnik gərginlik başlayan zaman Arkadi Volskinin qərargahında çalışdığını deyib.

 

“1988-ci ildə Volskinin Qarabağdakı qərargahında çalışırdım. Kütləvi toqquşmalar baş verən zaman Bakıdakı rayonlardan birinin və Sumqayıtın komendantı olmuşam. Həmin vaxt erməni xalqına yardım etmək üçün xeyli çalışmalı oldum.

 

Sizə deyim ki, həmin vaxt Qarabağda Serj Sarkisyan və Robert Koçaryanla tanış olmuşam. Onlardan biri partiyanın, digəri isə komsomolun rəhbəri idi”.

 

Sergey Stepaşin 1952-c iil martın 2-də Port-Arturda andan olub. O, Federal Təhlükəsizlik Xidmətinin direktoru (1994-1995), Rusiyanın ədliyyə naziri (1997-1998), xarici işlər naziri (1998-1999), baş nazir (1999), Hesablama Palatasının sədri (2000-2013) və s. dövlət vəzifələrində çalışıb. Stepaşin ehtiyatda olan general-polkovnikdir.

 

Vüqar İSMAYILOV  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir