Modern.az

Frankfurt hava limanında bomba həyəcanı

Frankfurt hava limanında bomba həyəcanı

Aktual

31 Avqust 2016, 13:37

Frankfurt Hava Limanında bomba həyəcanı yaşanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyadakı Frankfurt Hava Limanın 1-ci Terminalının binası təhlükəsizlik səbəbilə boşaldılıb. Hava limanında bomba olduğu iddia edilib.

 

Hadisə yerinə dərhal təhlükəsizlik işçiləri cəlb edilib. Frankfurt Hava Limanının rəsmiləri tərəfindən edilən açıqlamada, bir adamın tam olaraq təhlükəsizlik nəzarətindən keçməməsi səbəbindən həyəcan siqnalının verildiyi bildirilib.

 

 Həmin adamın  polislər tərəfindən saxlanıldığı və terminaldakı sərnişinlərin yenidən yoxlanılacağı qeyd olunub.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!