Modern.az

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə aparılacaq

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə aparılacaq

Təhsil

31 Avqust 2016, 13:53

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq.

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, 3-5 sentyabr 2016-cı il tarixlərində müvafiq namizədlər şəxsi səhifələrinə daxil olmaqla, təklif edilən vakant yerləri seçə biləcəklər.

Əlavə yerləşdirmədə əvvəlki seçim zamanı tutulmamış 1558 yer və müsabiqə başa çatandan sonra yaranan yeni vakansiyalar elan ediləcək.

Əlavə yerləşdirmə başa çatdıqdan sonra vakant yeri tutmaq hüququ əldə edən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Qeyd olunan mərhələdən uğurla keçən namizədlər müəllim adını qazanacaqlar.


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı