Modern.az

“Banklar dolları rəsmi məzənnədən 4% ucuz ala, 4% baha sata bilərlər” - XƏBƏRDARLIQ

“Banklar dolları rəsmi məzənnədən 4% ucuz ala, 4% baha sata bilərlər” - XƏBƏRDARLIQ

İqtisadiyyat

31 Avqust 2016, 14:12

Hazırda ölkə ərazisində dollar qıtlığı yaşanır. Kommersiya bankları müştərilərə dollar satmaqdan imtina edir. Dollar satışı həyata keçirən az sayda banklar isə dolları müştəridən nisbətən ucuz alır, amma baha satır.

Bütün bunların fonunda Azərbaycanda “qara bazar” canlanır. Ekspertlər “qara bazar”ın canlanmasında kommersiya banklarını günahkar bilirlər.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov Modern.az-ın sorğusuna cavab olaraq deyib ki, valyuta bazarının tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının mandatında deyil:

“Bu, Mərkəzi Bankın mandatında olan sahədir. Yəni, valyutaya olan tələb-təklif Mərkəzi Bank tərəfindən tənzimlənir”.

Kommersiya banklarının yürütdüyü siyasətə gəlincə, qurum rəsmisi məsələnin ciddi olaraq nəzarətdə saxlandığını bildirib:

“Biz yalnız bankların Mərkəzi Bankın müəyyənləşdirdiyi 4%-lik marja koridoruna əməl etmələrinə nəzarət edirik. Banklar dolları Mərkəzi Bankın müəyyənləşdirdiyi rəsmi məzənnədən 4% ucuz ala və 4% baha sata bilərlər. Bu faiz koridorundan az və ya yüksək qiymət müəyyənləşdirə bilməzlər. Biz bu məsələni ciddi nəzarətdə saxlamışıq”.

 

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu