Modern.az

Emin Rüstəmov : “Daha böyük hədəflərimiz var“

Emin Rüstəmov : “Daha böyük hədəflərimiz var“

Aktual

31 Avqust 2016, 14:25
Bildiyiniz kimi hal-hazırda dünyanın əksər ölkələrində xüsusilə də Avropada təhsil alan Azərbaycanlı gənclərin sayı günbəgün artmaqdadır. Əlbətdə ki bu amil, Azərbaycanın digər xarici ölkələrdə təbliğatının aparılmasında, Azərbaycan həqiqətlərinin dünya və yerli ictimaiyyətə çatdırılmasında, mədəniyyətimizin, musiqimizin təbliğində müstəsna yer tutur. Təhsil alan gənclər təhsil aldıqları ölkələrdə Gənclər Təşkilatları yaradaraq bu işin daha da sürətlənməsində böyük rol oynayırlar. Belə təşkilatlardan biri də İtaliyada fəaliyyət göstərən Azərbaycan İtaliya Gənclər Assosasiyasıdır.
 
 
Təşkilat 2013-cü ildən yaranmasına baxmayaraq, ətrafına kifayət qədər gənci toplaya bilmiş və geridə qalan 3 ildə kifayət qədər önəmli işlər görmüşdür. AİGA-nın həmsədri Emin Rüstəmov bildirib ki, təşkilatın fəaliyyəti günü-gündən genişlənir, hedefler daha da böyüyür.- “ Təşkilat olaraq məqsədimiz əvvəlki illərdən daha fərqli platforma ortaya qoymaq,aktiv şəkildə fəaliyyəti davam elətdirmək, Azərbyacanın Avropada təbliğatının istiqamətlərini genişləndirmək,yerli İtaliyan cəmiyyətini,əvvəlcədən təyin edilmiş istiqamətlərdə daha çox məlumatlandırmaq, iki dövlət arasındakı mövcud dostluq münasibətlərini cəmiyyətlər arasındakı dostluq münasibətlərinə qədər inkişaf elətdirməkdən ibarətdir”deyə Emin Rüstəmov bildirib.
 
 
Emin Rüstəmov onu da qeyd edib ki, geridə qalan illərdə təşkilat qarşısına qoyduğu məqsədlərin əksəriyyətinə nail olub, artıq yeni hədəflər, yeni məqsədlər ortaya çıxır. O,həmçinin bildirib ki,təşkilat olaraq ən böyük hədəfimiz Azərbaycanın daha çox təbliğatını aparmaq, mövcud Dağlıq Qarabağ münaqişəsi haqqında İtaliyan xalqını, İtaliyada təhsil alan və yaşayan digər ölkə vətədaşlarını, universitet tələbələrini, professorları məlumatlandırmaqdır. Bugün əminliklə deyə bilərik ki, biz çıxıdığmız yolu uğurla addımlayırıq. Bizə bu yolda dəstək olan hərkəsə təşəkkür edirik.
 
 
Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır