Modern.az

İran Türkiyənin Suriyada əməliyyat keçirməsini PİSLƏDİ

İran Türkiyənin Suriyada əməliyyat keçirməsini PİSLƏDİ

Dünya

31 Avqust 2016, 16:10

 

İran Türkiyənin Suriyada başladığı “Fərat Qalxanı” əməliyyatı ilə bağlı açıqlama yayıb. Açıqlama da, Türk Silahlı Qüvvələrinin əməliyyatlarına reaksiya verilib, əsgərlərin Suriyadan çəkilməsi istənilib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhrəm Qhasemi verdiyi açıqlamada “ Terrora qarşı mübarizədə, siyasi üstünlüyü və yerli hökumətin qanuni gücünə kölgə gətirən heç bir üsul qəbul edilə bilməz” ifadələrini işlədib.

 

Qeyd edək ki, rəsmi Tehran Suriyadakı mövcud hakimiyyəti dəstəkləyir.

 

Qafar Ağayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?