Modern.az

Dəhşətli qəza: 30 ölü, 51 yaralı

Dəhşətli qəza: 30 ölü, 51 yaralı

Aktual

31 Avqust 2016, 16:44

Tunisin Fussane rayonunda baş verən yol qəzasında 30 nəfərin ölüb, 51 nəfər isə yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tunis Daxili işlər Nazirliyindən verilən açıqlamada bildirilib.

 

Fussane rayonuna bağlı Humude qəsəbəsində sement yüklü yük maşını avtobusa çırpılması nəticəsində nəzarətini itirib və yüksək gərginlikli elektrik dirəyinə çırpılıb.

 

Toqquşmanın təsiri ilə elektrik dirəyi aşaraq  15 maşının üstünə düşüb və yanğına  səbəb olub. Hadisə nəticəsində 30 nəfərin öldüyü, 51 nəfərin isə yaralandığı bildirilib.

 

 

 Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?