Modern.az

Rusiyadan “Fərat Qalxanı” əməliyyatına MÜNASİBƏT

Rusiyadan “Fərat Qalxanı” əməliyyatına MÜNASİBƏT

Dünya

31 Avqust 2016, 17:06

Rusiya Xarici İşlər Nazirliyi, Türkiyənin Suriyada apardığı “Fərat Qalxanı” əməliyyatına münasibət bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik mətbuat konfransı keçirdib.

 

O, mətbuat konfransı zamanı Türkiyənin Suriyada apardığı “Fərat Qalxanı” əməliyyatına münasibət bildirərkən  "Bütün tərəfləri terrorla mübarizəyə çağırırıq" ifadələrini işlədib.

 

Sözçü həmçinin Türkiyəni hərbi əməliyyatlar zamanı Suriyanın qanuni hökumətini koordinasiya etməkdən və müxaliflər ilə kürd qruplaşmalarına hücumlar təşkil etməkdən çəkinməyə çağırıb.

 

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!