Modern.az

Son 50 ildə ilk dəfə ABŞ-dan Kubaya kommersiya uçuşu

Son 50 ildə ilk dəfə ABŞ-dan Kubaya kommersiya uçuşu

Dünya

31 Avqust 2016, 20:35

50 ildən sonra ABŞ-ın Fort-Loderdeyl şəhərindən Kubanın Santa-Klara şəhərinə ilk kommersiya reysi həyata keçiriləcək. Modern.az saytı xəbər verir ki, Trend-in məlumatına görə avqustun 31-dən oktyabrın 29-a qədər JetBlue uçuşları həftədə 3 dəfə, oktyabrın 30-dan isə gündəlik təşkil olunacaq. Bundan başqa sentyabrın 1-dən Santa-Klara ilə aviaəlaqə də bərpa olunacaq.

 

Buna baxmayaraq ABŞ vətəndaşlarının Kubaya turist səyahətlərinə qoyulan qadağa hələ qüvvədə qalacaq.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir