Modern.az

Pentaqondan təkzib: İŞİD-in ikinci şəxsi ölməyib

Pentaqondan təkzib: İŞİD-in ikinci şəxsi ölməyib

Dünya

31 Avqust 2016, 20:46

Pentaqon Rusiya aviasiyasının İŞİD-in ikinci şəxsini məhv etdiyinə dair məlumatı təkzib edib. Modern.az saytı xəbər verir ki, APA-nın Reuters agentliyinə istinadən məlumatına görə, bu barədə Pentaqon nümayəndəsi bildirib.

 

“Rusiyanın bəyanatı cəfəngiyatdır”, deyə adının açıqlanmasını istəməyən mənbə vurğulayıb.

 

Qeyd edək ki, bu gün Rusiya Müdafiə nazirliyi Hələb vilayətində aviazərbələr zamanı İŞİD-in ikinci şəxsi sayılan və mətbuatla iş üzrə rəsmi nümayəndəsi kimi tanınan səhra komandiri Əbu Məhəmməd Əl-Adnani məhv edildiyini bildirib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu