Modern.az

Gürcüstanda məhbus məhkəmə zalından qaçıb

Gürcüstanda məhbus məhkəmə zalından qaçıb

Dünya

31 Avqust 2016, 22:11

Gürcüstanın Rustavi şəhərində məhbus məhkəmə zalının gözləmə otağından qaçıb. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, əlində plastilindən düzəldilmiş saxta “qumbara” tutan məhbus məhkəmə binasına çağırılan təcili yardım briqadasını və onu gətirən konvoyu qorxudaraq özünü pəncərədən ataraq qaçıb. Dəqiqləşdirilməmiş məlumata görə, onu məhkəmə ərazisində naməlum avtomobil gözləyirmiş. Hazırda qaçan məhbusun axtarışı davam edir.

 

Hadisə ilə bağlı Gürcüstanın cəzaçəkmə və probasiya nazirliyi bəyanat yayımlayıb. Bəyanatda bildirilir ki, O.Q. adlı məhbus ittiham olunmaq üçün Rustavi Şəhər Məhkəməsinə aparılıb və məhkəmə prosesinədək məhbusun halı pisləşdiyindən təcili yardım briqadası çağırılıb. Tibb briqadası gəldikdən sonra məhbus qaçmağı bacarıb.

 

Məhbusun kimliyi və hansı maddə üzrə ittiham olunması barədə məlumat verilmir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər