Modern.az

İlham Əliyev Abdullah Gülü Türkiyənin milli bayramı münasibətilə təbrik edib

İlham Əliyev Abdullah Gülü Türkiyənin milli bayramı münasibətilə təbrik edib

29 Oktyabr 2009, 22:23

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng edib.
Modern.az xəbər verir ki, Prezidentin mətbuat xidməinin məlumatına görə, İlham Əliyev Abdullah Gülə ad günü münasibətilə, eyni zamanda, Türkiyənin milli bayramı – Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev Türkiyə Prezidentinə cansağlığı, fəaliyyətində uğurlar və Türkiyə xalqına firavanlıq arzulayıb.
Türkiyə Prezidenti təbriklərə və göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir