Modern.az

Həmsədrlərin Moskva görüşü nəyi dəyişəcək?

Həmsədrlərin Moskva görüşü nəyi dəyişəcək?

Qarabağ

1 Sentyabr 2016, 17:06

“Həmsədrlərin  Moskvada görüşməsi çox vacib və mühüm məsələdir. Bu görüşün çox böyük önəmi var”.

 

Bunu  Modern.az-a  açıqlamasında  deputat  Rövşən Rzayev ATƏT-in Minsk qrupunun  həmsdərlərin Moskvada nəzərdə tutulan görüşünə münasibət bildirərkən deyib.  

 

Deputatın sözlərinə görə  Azərbaycan  Qarabağa   məsələsinin danışıqlar masası ətrafında həll olunmasının tərəfdarıdır.

 

“Azərbaycan ərazi bütövlüyünü  sülh yolu ilə həll etməyə çalışır. Aprel  hadisələrindən sonra dünya  ictimaiyyəti,  aparıcı və həmsədr  dövlətlər,   həm Azərbayan  Silahlı Qüvvələrinin hazırlığını,  həm  də vətəndaşların  bu istiqamətdə mövqeyi  ilə daha yaxşı tanış oldu.   Ona görə də istənilən görüşdən bir çox şeylər gözləyirik.  Bugünkü siyasi ab-hava ondan ibarətdir ki,  yaxın zamanlarda  bu prosesin içində böyük bir dönüş olacaq. Buna tam olaraq əminəm”.

 

Rövşən Rzayev  həmçinin,  ATƏT-ə sədrlik edən Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində  xüsusi rolunu qeyd edib.

 

“Bu gün Almaniya dövləti  həm dünyada,  həm də Avropada çox böyük nüfuza malik olan dövlətdir. İnanıram ki, onların sədrlik etdiyi müddətdə  hər hansısa  yeniliyi əldə edə bilərik.  Yaxın zamanlarda hər birimiz  prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ciddi bir dəyişikliyə nail ola biləcəyik. Vacibdir ki, bu məsələ danışıqlar masası ətrafında həll edilsin.

 

Birmənalı olaraq bilirəm ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Çünki siyasi proseslər də onu göstərir”.

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT -in Minsk qrupu həmsədrləri növbəti məsləhətləşmələr keçirəcəklər.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məsləhətləşmələrin sentyabrın 8-də Moskvada keçiriləcəyini bildirib.

 

O bildirib ki, görüşdə Qarabağ problemi ilə bağlı aktual məsələlər müzakirə olunacaq: 

 

“Mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatına xüsusi diqqət yetiriləcək”,-deyə o söyləyib.

 

Namidə  BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar