Modern.az

“Uzaq səfərə çıxıram...” - Lənkəranlı Rövşən və ya Rövşən Lənkəranski

“Uzaq səfərə çıxıram...” - Lənkəranlı Rövşən və ya Rövşən Lənkəranski

Ədəbi̇yyat

1 Sentyabr 2016, 18:45

Tanınmış Azərbaycan şairi Əlisəmid Kur vaxtiləhəbsxana  yoldaşı Rovşən Canıyevə bu misraları həsr etmişdi:


Daşdı uzənginin altı,
Uzaq səfərə çıxıram...

Onun haqqında ilk yazım 20 il əvvəl "Avrasiya" qəzetinin 18.07.1996-cı il sayında işıq üzü görmüşdü. Məqalə "Məni ədalətlə mühakimə edin!" adlanırdı. Az sonra "Lənkəran" qəzeti də həmin yazımı olduğu kimi dərc etdi. Kim bilərdi ki, o vaxt 21 yaşlı o cavan oğlanı çox çəkməyəcək ki, az qala bütün dünya tanıyacaq,  Rusiyada, Ukraynada, İtaliyada və başqa dövlətlərin kriminal aləmində ad cıxaracaq, haqqında Rusiyanın  NTV telekanalının “İstintaqı aparır...” proqramında  sənədli film nümayiş olunacaq və s.


Bir neçə il əvvəl onunla Masallı Mamedin 40, sonra il mərasimində görüşdük. Amma nə onun haqqında ilk dəfə yazan jurnalist olduğumu bildi, nə də əlində tutduğu Masallı Mamed haqqında kitabın müəllifi olduğumu...
Kitabı ona Masallı Mamedin dayısı Kamal təqdim etmişdi. Dörd il əvvəl nəşr olunan “Cənub şikəstəsi” kitabımın  birinci  bölümü də  Rövşənə həsr  olunmuşdu. Həmin  bölüm “Taleyim, qismətim  beləymiş  mənim...” adlanırdı.

Tale elə gətirmişdi  ki, mən Masallı Mamedlə dəfələrlə həmsöhbət olmuşdum.  Bakıda həbsxanada olarkan ziyarətinə getmişdim, Moskvada görüşmüşdük. Amma Rövşənlə belə ünsüyyətim olmamışdı, dayısını tanıyırdım, qardaşı ilə bir dəfə Lənkəranda görüşmüşdüm. Haqqında KİV-də yazılanların çoxunu oxumuşdum. Rövşənin ölüm xəbərini kardioloji sanatoriyada eşidim. Hətta, müalicəsini yarımçıq qoyub dəfn mərasiminə gedənlər də oldu... Gənc şəfqət bacısının isə bu bəd xəbərdən necə sarsıldığının, hətta ağladığının  öz gözlərimlə şahidi oldum..

KİV-də yaydığı məlumatlardan aydın olur ki, yas mərasimində Azərbaycanda, Türkiyədə, MDB məkanında, o cümlədən Rusiyada tanınmış adamlar, eləcə də  kriminal aləmin nüfuzlu şəxsləri iştirak ediblər.

Rövşənin məzarını bu gün də ziyarət edənlərin ardı-arası  kəsilmir...


Lakin sağlığında olduğu kimi, ölmündən sonra da haqqında müxtəlif fikirlər səslənməkdədir. Bəzilərinə bəlkə də qəribə gəlir ki, görəsən, ömrünün 42-ci pilləsində həyatına son qoyulan bu şəxsin dəfn mərasimində 50 min adamın iştirak etməsinə səbəb nədir?! Və ya cənazəsi niyə eynən vətən uğrunda  şəhid  olmuş əsgərin tabutu kimi çiynlərdə son mənzilə yollandı?  Rövşənin ruhuna hörmət və  ehtiram,  onun şəxsiyyətinə  daxili və açıq  rəğbət hissi  hardan qaynaqlanır? 

 Əvvala onu qeyd edim ki, təbiətin hadisələrinə mudaxilə etmək mumkun olmadığı kimi, kriminal dunyanın da ehkamlaşan qanunlarına da ictimai rəylə təsir etmək qeyri mumkündür.


Rus filosofu Nikolay Berdyayevin belə bir kəlamı var: “İnsan həyatının boyuk sirləri bundadır ki, onun quvvəsinin tam acılması ucun təkcə xeyir kifayət deyil, şər də vacibdir”.

20  il öncə Rövşən  vur-tut eni-uzunu 8-10 metrlik məhkəmə zalında təkcə atasını qətlə yetirən Sovetdən qisas almamışdı, o, həm də 90-cı illərin əvvəllərində respublikada reket və soyğunçuluğla məşğul olan qrupların tüğyan elədiyi  vaxtlarda öz həmkəndliləri üçün təhlükəli olan cinayətkar qrupun başçısını hədəf seçmişdi. Müttəhimlər kürsüsündə oturmuş qəddar Sovet Quliyev özü sanki bilərəkdən gənc Rövşəni qıcıqlandırmışdı,  ona kobud şəkildə “sən bayıra  çıx!” deyə ağayana əmr  etmişdi... Və öz ölüm hökmünü  özü  “vermişdi”.

Bir fakta aydınlıq gətirim ki, Rövşənin Məmmədağa adlı bir dayısı Masallıda, Boradigahda, Astarada və başqa yerlərdə milisdə işləyib, ancaq atası Rafiq  Eynəli oğlu Canıyev Lənkəran şəhər çörək kombinatının direktoru olub. Nədənsə bizim  KİV-lər, xüsusi ilə elektron media yanlış olaraq onun atasının milis işçisi olduğunu dönə-dönə vurğulayır.


... Həbsxanadan sonra tale yolları onu da qürbətə apardı. Rövşən də  uzun müddət doğma Lənkərana həsrət qaldı. Şuşada doğulan soydaşlarımızın bu günəcən Şuşaya həsrət qaldığı kimi! Əlbəttə, süzun həqiqi mənasında cibgirlər, hərbi canilər, dovləti talayanlar, xalqı fəlakətə surukləyənər, kasıbın haqqını yeyənlər, gömrükdən  və sərhəddən qaçaq yolla narkotik maddələr keçirənlər qanun qarşısında cavab verməlidirlər. İstər nazir olsun,  istər biznesmen, istər fəhlə... Amma atasını xüsusi amansızlıqla qətlə yetirən qatili, bölgədə silahlı cinayətkar dəstəyə başçılıq edən  bir adamı əsəblərinə hakim olmayıb, mənəvi və ruhi sarsıntı keçirərək məhkəmə zalında güllələdiyinə görə cəzasını cəkmiş bir gəncin azadlığa çıxandan sonra Azərbaycandan – oz ata ocağından “didərgin”  düşməsi bir az qəribədir. Bəlkə də mən hissə qapılıram?

“İnsanı məhkum etmək olar, lakin mərdliyi, vətənpərvərliyi, fədakarlığı və həqiqəti məhkum etmək olmaz!”. Xosrov Ruzbehə aid bu sozləri təkrar-təkrar ağ vərəqlərin yaddaşına kocurəndə, bəlkə mən hələ də dunyanın ikiuzlu və ədalətsiz olduğuna şəkk edirəm?!

 Amma tanınmış Azərbaycan şairi Əlisəmid Kur zamanı qabaqlamışdı. Həbsxana yoldaşı Rövşən Canıyevə bu misraları həsr edəndə:

 

                                               Daşdı uzənginin altı,
                                              Uzaq səfərə cıxıram..


Rövşən, doğrudan da gənc yaşlarından uzaq səfərə cıxan suvariyə bənzəyirdi. Nə vaxt geri donəcəyi hec kimə bəlli deyildi... Bəlkə qurbətdə gəzib-dolaşan o “daş uzəngili” suvari kiməsə səndən də, məndən də cox lazım idi? Biz hamımız bir-birimizə lazımıq, zalım dost! Yaxından tanıyanlar deyirlər ki, hətta  Türkiyədə təhsil alan gənclərə də maddi yardım edirmiş Rövşən!

 ... Qətlinə fərman verən kim olur olsun, hansı millətdən olursa olsun, amma   killerin azərbaycanlı olduğu adama  çox yer  edir.

Burda “Qurdlar vadisi” serialında Süleyman Çakırın (yeri gəlmişkən, Rövşənin yas mərasiminə  bu rolun ifa edən aktyor  Oktay Kaynarça da  gəlmişdi – N.Ə.) həbsaxanaya yenicə gələn tanınmış azərbaycanlı “həmkarı” Fərmanla  dialoqu yada düşür. Çakır xəbər alır ki: “Fərman kardeş, de görüm, dərdimə  dərman kibi gəlmisən, ya katlimə  fərman kibi?”  

Gerçəkdən də  Fərman bayırdan “İçəri” onu aradan götürmək üçün xüsusi tapşırıqla – “fərmanla”  göndərilmişdi...

Azərbaycanda bir məsəl var: Su çanağı suda sınar! Amma hərdən  düşünürsən ki, görəsən niyə başqa millətlərdə Cavanşir, Bəxtiyar, Hikmət, Mamed, Rövşən kimi  məşhurlar ömrünün ahıl çağınacan ömür sürürlər, 70-80 il yaşayırlar, amma bizdə belələri heç 50 yaşa  da çatmırlar?

Bəlkə,  müasir çağda biznes dünyasının sərt qanunları “qanuni oğru” dünyasının  qanunlarından da  güclüdür?!

 Dünya  öz  övladlarının  -  həm də cəsur ürək sahibi olan kişilərin başına  nə oyunlar açmır ki!..

“Mən mubarək bir gecənin səssizliyində sizi cağırdım ki, on dord gecəlik ayın gozəlliyinə, ulduzların dolğunluğuna baxasınız. Siz isə xof icində yatağınızdan sıçrayıb, hay-harayla qılınc qapdınız: “Hanı duşmən? Gedək, onu yerlə-yeksan edək”. Ancaq...  haçan ki, duşmən qoşun çəkib başımızın ustunu kəsdirdi, – mən sizi harayladım, siz isə ayılmadınız, böyru ustə çevrilib yuxuya daldınız!”  


85 il əvvəl qurbətdə (ABŞ-da) gozlərini əbədi yuman livanlı Cəbran Xəlil Cəbran bu sozləri təkcə oz vətən qardaşlarına deyil, butun musəlman dunyasına deyirdi. Bu dunyanın icində biz də varıq... Sən də, mən də, o da!  Axı niyə  biz ozumuz-ozumuzə bu qədər qənim kəsilirik...

Beləcə dünyada ən çox müsəlman xalqları ağla sığmayan, ruhlarını qara-qançır edən qəribə və yeknəsək həyat tərzi yaşayırlar. Anarxistlər dovlət qanunlarına tabe olmaq istəmirlər, monarxistlər mutləq hakim olmaqdan, “taxt-tacın” qudrətindən zovq alırlar, inhisarcılar, oliqarxlar xalqları köləyə döndərirlər. Kriminal qruplaşmaların bir qanadı dövlətin daxilində “öz dövlətini qurur”; cirkli pulları “yuyur”, ticarət obyektlərini nəzarətdə saxlayır, cavanları “ağ olum”un ağuşuna atır, başqa özbaşınalıqlar edirlər, digər qanadı – “klassiklər” bu “bespridelə” – dərbəyliyə qarşı vuruşurlar... Onlar da ilbəil “qəhətə” çıxırlar.

Bəzən dünya və hüquq qanunları narkobaronları – “ölüm tacirlərini”, korrupsioner oliqarxları, tender “oyuncuları”nı, bir-birinin hesablarına “çirkli” pul köçurən “maxinator”ları, vergidən yayınanları, dövlətin cibindən (büdcəsindən) külli miqdarda pul oğurlayanları, səhiyyə və təhsil sisteminə ziyan vuran rüşvətxor məmurları məsuliyyətdən kənarda saxlaya bilir,  amma kasıb-kusubun tərəfini saxlayan, rəğbətini qazanan “qanuni – oğruların” yox!.. Son  on-on beş ildə azərbaycanlı “qanuni oğru”lar heç biri siyasətə qarışmadan qürbətdə “fəaliyyət” göstəriblər, orada elə eynən “həmkarlar ittifaqının” funksiyasını yerinə yetiriblər. Həmvətənlərini başqa millətlərdən olan“oğru”ların əlində qazanc “alətinə” cevrilməkdən qoruyublar...

Bu gun dunyanın haqsızlıqla haqq duşərgəsinə bölunməsi özunu qabarıq şəkildə buruzə verir. Siyasi güc haqsızlığın, mənəvi güc haqqın tərəfindədir. Haqq və Ədalət dovləti yaratmaq isə əbədi problemdir. Ona görə ki, siyasi güc mənəvi güc uzərində qabaqcadan təyin olunmuş “QƏLƏBƏ”dən savayı başqa bir şey deyil. Bəlkə buna gürə qərbdə də, şərqdə də insanlar xəyalən də olsa, yenə robin qudların, ağ atlı oğlanların, koroğluların, qaçaq nəbilərin sorağındadır? Bəlkə zamanın ildırımlı və ilğımlı yollarında müasir insanlar yanılırlar? Axı bu dünyada boşluğa açılmayan ÜMİD qapıları da var!..

Dünya  isə  hələlik insan qanı ilə “işləyən” köhnə dyirmana bənzəyir.  Qürbətdə bəzən qurunun oduna yaş da yanır... Yad şəhərlərin küçələrində, bazarlarında övladına halal yolla çörək qazanan insanları hər an maskalı ölüm pusur. Hər axşam pəncərədən bir ölüm boylanır, qapıları  tətikdə olan barmaqlar döyur...

...Bəli, bu gəlimli-gedimli, son ucu  ölümlü dünyada  Lənkəranlı Rövşən  adlı əfsanəvi  bir  ŞƏXSİYYƏT vardı. Çoxu onun ölümü ilə barışmır,  “sağdır, nə vaxtsa üzə çıxacaq” –deyənlər də az deyil. Amma  bizi   onun ölümü ilə barışdıran  bu vəfasız dünyanın, “gələn gedər, gedən gəlməz, əcəb sirr” düsturudur.

Rövşənin  şəxsiyyətinə  və ölməz ruhuna etiramla,


Nurəddin ƏDİLOĞLU.                                                                                                  

 01.09.2016


Şəkildə: Qoca, Masallı Mamed, Seymur, Eldar, Çingiz Axundov və Rövşən Lənkəranski.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir