Modern.az

Bakıda 24 yaşlı qız intihar etdi

Bakıda 24 yaşlı qız intihar etdi

2 Sentyabr 2016, 10:38

Bakıda intihar hadisəsi baş verib.

 

Binəqədi rayon Prokurorluğundan Modern.az -a verilən məlumata görə, hadisə rayonun Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

 

Orada yaşayan, 1992-ci il təvəllüdlü Zülfiyyə Rəfael qızı Əsədova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir