Modern.az

“Müxalifət cəbhə xəttinə getməmək üçün bəhanə gətirir” - AÇIQLAMA

“Müxalifət cəbhə xəttinə getməmək üçün bəhanə gətirir” - AÇIQLAMA

2 Sentyabr 2016, 11:18

Azərbaycanda müxalifət partiyaları liderlərinin cəbhə xəttinə getməmələri diqqət çəkir. Bəs bunun səbəbi nədir?

 

Hakim Yeni Azərbaycan Partiyasının  (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamasında  məsələyə aydınlıq gətirib. O bildirib ki,  hərbi hissədə görüş keçirmək Müdafiə Nazirliyinin səlahiyyətinə daxil olan məsələdir.

 

“Əvvəla, hər hansı bir təşkilat belə bir görüş keçirmək,  əsgərlərlə fikir mübadiləsi aparmaq istəyirsə Müdafiə Nazirliyinə müraciət etməlidir. Müdafiə Nazirliyi isə müəyyən olunmuş hansısa hərbi  hissədə  görüşün keçirilməsinə razılıq verə bilər.

 

Ümumilikdə götürdükdə isə Azərbaycan ordusu ilə istənilən QHT görüşlər keçirirlər.  İstər Əfqanıstan müharibəsi veteranları olsun, istər Qarabağ müharibəsi  veteranları, istərsə də şəhid ailələri olsun.   Yeni Azərbaycan Partiyası  bu cür görüşlər  keçirib. Aprel hadisələrindən sonra  partiyamız həmin rayonlara yollandı. O cümlədən xəstəxanada yatan əsgərlərimizə baş çəkdik”.

 

YAP funksionerinin sözlərinə görə Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları da belə görüşlər keçirə bilər.

 

“Sadəcə olaraq,  hərbi hissələrə getməmək üçün bəhanələr gətirirlər. Əgər  görüşürsənsə, hər hansı bir  fikir mübadiləsi aparırsansa, sonradan gəlib bu barədə  düşmən bölgələrinə  yalan informasiya, məlumat ötürmək olmaz. Bu, çox  ciddi məsələdir.  Biz mütəmadi olaraq, belə halların da şahidi olmuşuq ki,  olmayan hadisəni öz mətbuat orqanlarında, sosial şəbəkələrdə işıqlandırırlar”.  

 

Namidə BİNGÖL

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi