Modern.az

Sel Azərbaycana ziyan vurdu: bir kəndi su basdı - FOTO

Sel Azərbaycana ziyan vurdu: bir kəndi su basdı - FOTO

2 Sentyabr 2016, 11:27

Ötən gün axşam saatlarında Quba rayonunda yağan güclü yağış bir sıra fəsadlar törədib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 29-cu km-də körpü qəzalı vəziyyətə düşüb. Yolda avtomobillərin hərəkəti dayanıb. Ətrafdakı 7 kəndlə əlaqə kəsilib.

 

Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Yusif verdiyi məlumata görə, güclü sel rayonun digər kəndlərində də fəsadlar törədib.

 

Qonaqkənd, Cimi, Utuq kəndlərində evləri su basıb. Bəzi kəndlərdə işıq dirəklərini su aparıb və elektrik enerjisinin verilişində problemlər yaranıb.

 

Dəyən ziyanının araşdırılması və aradan qaldırılması üçün işlər davam etdirilir.

 

Ötən gecə İsmayıllı rayonuna yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları kəndlərdə ciddi fəsadlar törədib.

 

Rayonun şimalındakı yüksək dağlıq ərazilərə bir neçə saat yağan güclü yağışdan sonra Göyçay çayına gələn sel suları çayın məcrasından çıxaraq ətrafdakı İstisu, Çayqovuşan, Qalıncaq, Sumağallı kəndlərini basıb. Təbii fəlakət nəticəsində kəndlərdə evlərin zirzəmilərinə, həyətyanı sahələrə su və lil dolub.

Küçələrdə keçilməz su gölməçələri yaranıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Sel Vətəndaşlara məxsus ev quşları tələf olub, tərəvəz və bostan əkini sahələrinə ziyan dəyib.

 

Göyçay çayı üzərindəki kiçik körpülərin dağılmaq təhlükəsi yaranıb. İsmayıllıya qısa müddətdə düşən dolu evlərin dam örtüyünə və meyvə ağaclarına ziyan vurub.

 

Leysan yağışlarından sonra Girdimançay, Ağsuçay,  Vəndamçay,  Pirsaatçay çaylarında da suyun səviyyəsi xeyli qalxıb.

 

Qudyalçayda isə suyun səviyyəsinin artması nəticəsində rayonunun Qarğalıq kəndini su basıb. Qarabağlı kəndində də yaşayış evlərinə su dolub.

 

Əraziyə rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri gəlib. Dəyən ziyanının aradan qaldırılması və araşdırılması işlər görülür.

 

Niyazabad kəndin də bir yaşayış evinə su dolub.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir