Modern.az

Bulvarda 2 nəfər özünü dənizə atdı

Bulvarda 2 nəfər özünü dənizə atdı

2 Sentyabr 2016, 11:40

Bakı şəhərində intihar hadisəsi baş verib. Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, hadisə sentyabrın 1-də Dənizkənarı Milli Parkda (bulvar) qeydə alınıb.

 

Belə ki, Bakı şəhər sakini Müşfiq Kələntərov Səbail rayonundakı “Milli Park” ərazisində özünü dənizə atıb.

 

Meyit sudan çıxarılıb.

 

M.Kələntərovla yanaşı sentyabrın 1-də Bakı şəhər sakini Şahnaz Cəfərova da bulvarda özünü dənizə atıb. Ş.Cəfərova xilas edilərək xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

 

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir