Modern.az

Nazirlik dolu düşən rayonların adlarını açıqladı

Nazirlik dolu düşən rayonların adlarını açıqladı

Aktual

2 Sentyabr 2016, 12:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisindəki faktiki hava şəraiti barədə açıqlama verib. Nazirlikdən Modern.az-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 1-i gün ərzində, 2-si səhərədək ölkə ərazisində hava şəraiti dəyişərək qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, şimşək çaxıb, yağış  yağıb, bəzi yerlərdə intensiv olub, Göygöl və Tərtərdə dolu düşüb.


Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1.0-8.0 mm, Lənkəran-Astara zonasında 1.0-26.0 mm, Astarada 84.0 mm, Lerikdə 41.0 mm, Böyük Qafqazda 1.0-18.0 mm, bəzi dağlıq ərazilərdə 33.0-78.0 mm, Kiçik Qafqazda 1.0-2.0mm,Qazax-Gəncə zonasında 1.0-8.0 mm,Mərkəzi-Aran rayonlarında isə 1.0-24.0mm olub.


Şimal-qərb küləyinin sürəti bəzi rayonlarda 18-32 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, arabir 28 m/s-dək güclənib.

 


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür