Modern.az

Ermənistan Azərbaycan ərazisindəki yola 2,5 milyon dollar ayırdı

Ermənistan Azərbaycan ərazisindəki yola 2,5 milyon dollar ayırdı

2 Sentyabr 2016, 12:39

Ermənistan hökumətinin bugünkü iclasında Dağlıq Qarabağa çəkilən 2-ci yolun, Vardenis-Ağdəyə yolunun tikinti işlərinə 2,5 milyon dollar (1,2 milyard dram) vəsaitin ayrılması qərara alınıb.

 

Həmin vəsait hökumətin ehtiyat fondundan ayrılacaq və “Hayastan” ümumerməni fonduna veriləcək.

 

Vardenis-Ağdərə yolu 116 kilometr uzunluğundadır.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?