Modern.az

Məhkəmə bu gün ANS TV-nin işinə baxacaq

Məhkəmə bu gün ANS TV-nin işinə baxacaq

2 Sentyabr 2016, 12:48

Modern.az xəbər verir ki, bu gün saat 15-30-da Nəsimi rayon Məhkəməsinin keçmiş binasında yerləşən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS və ANS.ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı məhkəmə olacaq.


ANS Müstəqil Yayım və Media Şirkəti məhkəmyə Milli Televiziya və Radio Şurası (MTRŞ) barədə şikayət verib. ANS məhkəmədən MTRŞ-nin “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) adlı sənəin ləğvini istəyib.


Xatırladaq ki, xeyli vaxtdır “ANS Müstəqil Yayım və Media” Şirkəti ilə Milli Televiziya və Radio Şurası (MTRŞ) arasında məhkəmə çəkişmələri sürür.


Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb.
Bakı Apellyasiya Məhkəməsində ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər