Modern.az

Nazim İbrahimov Riqada eks-baş nazirlə görüşdü

Nazim İbrahimov Riqada eks-baş nazirlə görüşdü

2 Sentyabr 2016, 12:54

Latviya Seymində bu ölkənin sabiq baş naziri, Seymin deputatı Laymdota Strauyuma Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüb.

Bu barədə Modern.az-a Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, görüşdə Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa və İsgəndəriyyə kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin iştirak ediblər.

Görüşdə V Qlobal Bakı Forumuna hazırlıq məsələləri, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və əməkdaşlıq əlaqələri müzakirə olunub.

Latviyanın sabiq baş naziri L.Strauyuma qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu elmi mərkəzdir. Qloballaşmaprosesinin, demokratik institutların, XXI əsrdə iqtisadi vəziyyətin, texnoloji inqilabın və digər mühüm məsələlərin öyrənilməsində mərkəzin əhəmiyyətini vurğulayıb. L.Strauyuma V Qlobal Bakı Forumunda iştirak etmək niyyətini bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov həm Latviyada, həm də bütün Avropada Azərbaycan diasporunun fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə danışıb.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq