Modern.az

Azərbaycanın qürbətdə qocalan eks-xarici işlər naziri - FOTO

Azərbaycanın qürbətdə qocalan eks-xarici işlər naziri - FOTO

Aktual

2 Sentyabr 2016, 13:19

Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri, milli azadlıq hərəkatının tanınmış simalarından olan Tofiq Qasımovun yeni fotosu yayılıb. Fotini Facebook sosial şəbəkəsində İsveçrədə yaşayan Xəyyam Qəhrəmanlı adlı  şəxs paylaşıb.

"Bəli, Tofiq Qasimovdur! Müstəqil Azərbaycanin qurucularındadır. Hərdən rastlaşırıq, arada bir yaxınlaşıb salamlaşıram. Dəyərini bilmədik, qürbət eldə bax beləcə qocalır, yaddan cıxır bu dəyərli insan!",-deyə o fotonu şərh edib.


Modern.az-ın məlumatına görə, X.Qəhrəmanlı bildirib ki, T.Qasımov hazırda ailəsi ilə birlikdə  İsveçrənin Lüzern şəhərində siyasi mühacir kimi yaşayır....

T.Qasımov 1988-ci ildən başlayan Azərbaycan Xalq Hərəkatının  sıralarına qoşulub, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gedənlərdən, Azərbaycan Xalq Cəbhəsinin qurulmasında iştirak edənlərdən biri olub. AXC İdarə Heyətinin üzvü olan T.Qasımov 1992-ci il Azərbaycanın xarici işlər naziri postuna təyin edilmişdi.
Əslən Ağdaşın Ləki kəndindən olan T.Qasımov Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və SSRİ Elmlər Akademiyası Fizika-Texnika İnstitutunun (Sankt-Perterburq) aspiranturasını bitirib. 
Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi olan 1990-cı ildə Azərbaycan parlamentinin deputatı seçilib. 1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq vəzifəsindən gedib.

Heydər Əliyevin prezidentliyi zamanı siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov  daha sonra İsveçrəyə mühacirət edib və hazırda bu ölkədə yaşayır.
T.Qasımovun hazırda elmi işlərlə məşğul olduğu bildirilir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi