Modern.az

AŞPA referendum üçün Bakıya müşahidəçilər göndərəcək

AŞPA referendum üçün Bakıya müşahidəçilər göndərəcək

Aktual

2 Sentyabr 2016, 13:36

“26 sentyabrda Ümumxalq səsverməsini (referendum) izləmək üçün Avropa Şurasına və Avropa Şurası Parlament Assambleyasına (AŞPA) Azərbaycan tərəfindən dəvət məktubu göndərilib”.

Bu barədə Modern.az-a açıqlamasında deputat Asim Mollazadə məlumat verib.

Deputat bildirib ki, referendumda iştirak edəcək AŞPA parlamentariləri müşahidəçi statusda olacaq:

“Azərbaycana gələcək AŞPA deputatları referendumda müşahidəçi olacaqlar.

Referendumu müşahidə üçün digər Avropa dövlətlərinin parlamentlərindən də deputatlar gələcək”.

Asim Mollazadə Amerika və İsraildən deputatların referendumu izləyəcəkləri barədə hələ ki  dəqiq məlumatın olmadığını deyib.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi