Modern.az

Bakıda yenə yağış yağacaq

Bakıda yenə yağış yağacaq

Ölkə

30 Oktyabr 2009, 10:46

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s olacaq, gündüz arabir 16-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 12-15, gündüz 16-18 dərəcə isti təşkil edəcək.
Oktyabrın 31-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal, şimal-şərq küləyinin sürəti 9-14 m/s təşkil edəcək. Havanın temperaturu gecə 11-13, gündüz 15-18 dərəcə isti olacaq.
Noyabrın 1-də hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s, olacaq, gündüz arabir 16-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 10-13, gündüz 14-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 16-20, dağlarda gecə 3-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək. 31 oktyabr-1 noyabr tarixlərində hava şəraitinin yağmurlu keçəcəyi, arabir şimşək çaxacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 15-19, dağlarda gecə 2-6, gündüz 10-15 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyinin əsməsi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişli sayıla bilər.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?