Modern.az

Vergilər Nazirliyi “Facebook” və “Odnoklassniki”i izləyəcək

Vergilər Nazirliyi “Facebook” və “Odnoklassniki”i izləyəcək

Aktual

2 Sentyabr 2016, 14:44

Bu gün Vergilər Nazirliyi məlumatı elektron ticarətin vergiyə cəlb olunması üzrə atılacaq tədbirlər haqda məlumat yayıb.

 

Ekspert Rəşad Əliyev Modern.az-a nazirliyin bu qərarını şərh edib. O bildirib ki, qərarın icrası üçün ilk növbədə ölkədə kommersiya məqsədləri ilə yaradılan bütün internet resursları vergi uçotuna alınmalıdır:

 

“Onların gəlirlərinin vergi qanunvericiliyinə uyğun bəyan edilməsi təmin olunmalıdır. Eyni zamanda bu növ fəaliyyəti həyata keçirən şəxslərin istifadə etdiyi veb səhifələrin müəyyən edilməsi ilə vergi orqanında uçotunun yoxlanılması həyata keçirilməlidir”.


Məlumatda qeyd edilir ki, “Son illər ölkə daxilində internet saytlarında və ya sosial şəbəkələrdə reklam yerləşdirməklə, habelə internet üzərindən elektron ticarət həyata keçirməklə bağlı iqtisadi fəaliyyətin miqyasının artması müşahidə edilir. Məlum olduğu kimi, xərclər aşağı olduğundan elektron ticarət məhsulların daha ucuz qiymətə təklif olunması ilə səciyyələnir”

Ekspert deyir ki, beləliklə, ölkə ərazisində onlayn-bizneslə mal satan bütün saytlar və analoji elektron vasitələr (məsələn sosial şəbəkələrdə) müəyyən edilərək hansı vergi ödəyicisinə aid olmaları yoxlanılacaq:

 

“Əgər həmin saytların arxasında vergi qeydiyyatında olmayan hüquqi və ya fiziki şəxslər olmasa, bu halda onlara qarşı tədbirlər görüləcək. Sözsüz ki, həmin subyektlər ölkə ərazisində yerləşirlərsə, onlar qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar.


İnternet üzərindən ticarət müxtəlif kombinasiyalar ilə aparılır. Məsələn, elektron qaydada ödəniş edərək mal alınması; yaxud da elektron qaydada mal sifariş etməklə pulu yerində nağd ödəməklə.

 

Proses mal satanlarda fərqlidir. Elə şirkətlər var ki, ancaq elektron qayda da mal satır. Elələri var ki, məhsulu həm ənənəvi üsulla (ticarət nöqtəsindən), həm də elektron qaydada satır.

 

Mal satanların coğrafiyası da fərqlidir - bəziləri ölkə ərazisində, bəziləri isə xaricdədir.

 

Ekspert hesab edir ki, müxtəlif kombinasiyaların mövcudluğu müxtəlif tədbirlərin görülməsini tələb edəcək:

 

“Bütün hallarda uğurlu nəticə əldə edilməyəcək. Ancaq burada ilkin dövrdə əsas hədəf ölkə ərazisində elektron ticarət və ya onlayn biznes aparan, vergidən yayınan subyektlərin üzə çıxarılmasıdır. Bunların əksəriyyəti isə sosial şəbəkələrdə gizlənir. O da məlumdur ki, ən çox istifadə edilən sosial şəbəkələr “Facebook” və “Odnoklassniki”dir. Bu şəbəkələrdə də izləmə işləri aparılacaq”.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir