Modern.az

Siyasi partiya referenduma müşahidəçi dəvət edə bilməz - YAP-dan AÇIQLAMA

Siyasi partiya referenduma müşahidəçi dəvət edə bilməz - YAP-dan AÇIQLAMA

2 Sentyabr 2016, 15:15

“Qanunvericiliyə görə siyasi partiya referenduma hər hansı müşahidəçi dəvət edə bilməz. Yalnız təşviqat qrupları referendumu izləmək üçün müşahidəçi təyin edə bilər”.

 

Bu barədə Modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP)  mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

 

Partiya rəsmisi deyib ki, artıq YAP 5 mindən artıq dairədə müşahidəçilərini təyin edib:

 

“Bu baxımdan da "Yeni Azərbaycan" təşviqat qrupu ölkədə mövcud 5 mindən artıq məntəqənin hər birinə öz müşahidəçisini təyin edib. Respublika üzrə təyin olunmuş müşahidəçilər MSK-da qeydə alınıb.

 

Onların mövcud statusu imkan verir ki, onlar yalnız 1 dairənin yox ölkə üzrə istənilən dairədə referendumu müşahidə etsin”.

 

Hüseyn Paşayev qonşu ölkələrdəki hakim siyasi partiya və təşkilatların referendumu müşahidə etməsinə də aydınlıq gətirib:

 

“Hər hansı bir siyasi partiya referendumu müşahidə etmək üçün hətta qonşu ölkələr olsa belə hakim və digər səviyyədə olan siyasi partiya və təşkilatları dəvət edə bilməz.

 

Bu baxımdan da bizim bu hüququmuz yoxdur. Qanunvericiliyimiz buna imkan vermir”.

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!