Modern.az

FIFA futbolda yeni inqilab edəcək

FIFA futbolda yeni inqilab edəcək

2 Sentyabr 2016, 15:59

Fransa ilə İtaliya arasında baş tutan hazırlıq matçında mübahisəli mövqelərin təkrarı üçün ilk dəfə olaraq yeni sistemdən istifadə olunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA Prezidenti Canni İnfantino bu sistemi “futbol inqilabı” adlandırıb. Sistemin adı “Video hakim”dir. FİFA bu sistemi 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Kubokunda istifadə edəcək.

 

Qeyd edək ki , “Video hakim” sistemi İtalya və Fransa arasında baş tutan hazırlıq matçında sınaqdan keçirilib. Hakim Fransız oyunçu Layvin Kurzavanın cərimə meydançası daxilində əllə oynadığı üçün penalti nöqtəsini göstərib.

 

Kurzava hakimə etiraz edib və oyun müvəqqəti dayandırılıb. Hakim meydançanın kənarındakı videodan epizodun təkrarını izləyib və penaltinin olmadığına qərar verib.

 

 

Mirmahmud KAZIMOĞLU

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi