Modern.az

Sürücülərin nəzərinə! Moskva prospektində keçid yol bağlıdır!!

Sürücülərin nəzərinə! Moskva prospektində keçid yol bağlıdır!!

2 Sentyabr 2016, 17:14

Təmir-tikinti işləri ilə əlaqədar olaraq Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb.
“Azəravtoyol”dan Modern.az-a verilən məlumata görə, sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış “Şamaxinka” deyilən əraziyə daxil olaraq “20 Yanvar dairəsi” istiqamətinə hərəkət edə bilərlər.


“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir