Modern.az

İlham Əliyev: “Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir”

İlham Əliyev: “Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir”

Aktual

2 Sentyabr 2016, 18:03

 

Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir.

Bunu sentyabrın 2-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilməsi ilə əlaqədar tədbirdə iştirak edən Prezident İlham Əliyev mətbuat nümayəndələrinə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, bu tədbir Azərbaycanın tanıdılması baxımından çox əhəmiyyətlidir, bizim üçün böyük şərəfdir:

 

"Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi, əlbəttə ki, bizi çox sevindirir. Şadam ki, bütün təşkilati məsələlər yüksək səviyyədə öz həllini tapıbdır. Dünən möhtəşəm açılış mərasimində bərabər iştirak edirdik, bu gün burada artıq yarışlar başlayıb".

 

İlham Əliyev bildirib:

 

"Əlbəttə, Azərbaycan bir daha özünü dünyaya müasir, inkişaf edən ölkə kimi təqdim edir. Əminəm ki, bütün qonaqlar öz vətənlərinə ən xoş təəssüratlarla qayıdacaqlar və Azərbaycan haqqında dünya şahmat ictimaiyyətinin daha da dolğun təəssüratı olacaqdır.

 

Ona görə, bunun çox böyük əhəmiyyəti var. Azərbaycanda artıq mötəbər beynəlxalq yarışlar ənənəvi olaraq keçirilir. Avropa Oyunları, Şahmat Olimpiadası, “Formula-1” yarışı, gələn il İslam Həmrəyliyi Oyunları. Yəni, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir".

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!