Modern.az

Bakı Dövlət Universitetinin 7 yataqxanasındakı köçkünlər bu il çıxarılacaq

Bakı Dövlət Universitetinin 7 yataqxanasındakı köçkünlər bu il çıxarılacaq

7 Fevral 2011, 17:06

Bu il məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə qəsəbələrdə hündürmərtəbəli binaların tikintisi davam etdiriləcək. Modern.az-ın məlumatına görə, bu barədə  “Dövlətqaçqınkom”un sədri Ə.Həsənov məlumat verib. O, bildirib ki, artıq İmişli, Ağcabədi rayonunda, Mingəçevir, Şəki şəhərlərində qəsəbə salınması üçün torpaq sahələri ayrılıb. Balakən rayonu ərazisində məktəb binalarında, Ağdam rayonunun “Dördyol” adlanan ərazisində məskunlaşmış 932 məcburi köçkün ailəsi üçün bina və qəsəbələrin inşası üçün də torpaq sahələri müəyyənləşib. Həmçinin bu il Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarında, Bakı Dövlət Universitetinin 7 yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailəsi üçün evlərin tikilməsi nəzərdə tutulub.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir