Modern.az

“Türkiyə çox güclü NATO müttəfiqidir”- ABŞ prezidenti

“Türkiyə çox güclü NATO müttəfiqidir”- ABŞ prezidenti

Dünya

2 Sentyabr 2016, 21:13

ABŞ prezidenti Barak Obama Fətullahçı terror təşkilatının (FETÖ) bu il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra Türkiyə ilə təhlükəsizlik sahəsindəki əlaqələrdə hər hansı zəifləmənin olmadığını bildirib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Türkiyənin çox güclü NATO müttəfiqi olduğunu vurğulayıb.

CNN televiziyasına açıqlama verən B.Obama Türkiyə ilə bağlı və 15 iyul dövlət çevrilişinə cəhd göstərilməsi haqqında suallara cavab verib.

 

O, dövlət çevrilişinə cəhddən sonra iki ölkə arasındakı təhlükəsizlik məsələlərində heç bir zəifləmənin olmadığını söyləyib: "Türkiyə güclü bir ölkə kimi NATO-nun müttəfiqi olmağı davam etdirir."

 

İŞİD ilə mübarizədə Türkiyə ilə birlikdə çalışdıqlarını xatırladan B.Obama deyib: "Türkiyə bölgədə bir çox məsələdə əhəmiyyətli müttəfiqimizdir".

 

"Təbii ki, Türkiyədə siyasi və sivil bir təhlükənin baş verməsindən həqiqətən də kimsənin şübhəsi yoxdur. Biz Türk xalqını dəstəklədiyimizi hər zaman göstərdik", - ABŞ prezidenti diqqətə çatdırıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı