Modern.az

Prezident Masallıda Bayraq Meydanı və Rəmzlər Muzeyinin açılışını edib

Prezident Masallıda Bayraq Meydanı və Rəmzlər Muzeyinin açılışını edib

Hadisə

3 Sentyabr 2016, 11:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıda Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışını edib.

 

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

 

Prezident İlham Əliyevə məlumat verildi ki, Bayaq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və 2016-cı ildə tikinti işləri başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır.

 

Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi quraşdırılıb. Ərazidə geniş yaşıllaşdırma işləri görülüb, dekorativ ağac və gül kolları əkilib.

 

Muzeydə isə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir