Modern.az

Oqtay Əsədov İslam Kərimovun dəfnində iştirak üçün Özbəkistana getdi

Oqtay Əsədov İslam Kərimovun dəfnində iştirak üçün Özbəkistana getdi

3 Sentyabr 2016, 12:02

Milli Məclis (MM) sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə yola düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

 

O bildirib ki, nümayəndə heyətinə O.Əsədovla yanaşı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allühşükür Paşazadə, xarici işlər nazirinin müavini Xələf Xələfov və başqa rəsmilər daxildir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!