Modern.az

Magistraturaya sənəd qəbulu yekunlaşdı - 16 min 496 bakalavr ərizə verib

Magistraturaya sənəd qəbulu yekunlaşdı - 16 min 496 bakalavr ərizə verib

7 Fevral 2011, 19:08

2011-2012-ci tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının I mərhələsində iştirak etmək üçün sənəd qəbulu başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a məlumatında bildirib ki, fevralın 7-də saat 17.00-da magistratura imtahanlarında iştirak etmək istəyən bakalavrlardan ərizə qəbulu yekunlaşıb. TQDK rəsmisi deyib ki, ilkin məlumata görə, 16 min 496 bakalavrın ərizəsi təsdiqlənib.    

Magistraturaya qəbul imtahanına ərizə qəbulu 2011-ci il yanvarın 25-dən başlayıb fevralın 7-də saat 17.00-da başa çatıb. Qəbul imtahanının I mərhələsi 2011-ci il fevralın 20-də keçiriləcək. Qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılacaq.

Mail Ağaxanov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür