Modern.az

Sarkisyan Xankəndində separatçı qurum rəhbərləri ilə görüşüb

Sarkisyan Xankəndində separatçı qurum rəhbərləri ilə görüşüb

3 Sentyabr 2016, 14:29

Ermənistan prezidenti Serj Sarkisyan qondarma Dağlıq Qarabağ rejiminin "müstəqilliyi"nin ildönümü münasibətilə keçirilən tədbir iştirak edib.

 

 

Modern.az-ın Ermənistan KİV- nə istinadən verdiyi xəbərə görə, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ rejiminin "müstəqilliyi"nin ildönümü münasibətilə keçirilən tədbir çərçivəsində separatçı Abxaziya, Cənubi Osetiya və Dnestryanıdan olan nümayəndələrlə görüşüb.

 

 

Məlumata görə, separatçı rejimin prezident aparatı rəhbərinin müavini David Babayan “Azadlıq Radiosu”na da danışıb.

 

 

D. Babayan deyib ki, Xankəndində keçirilən mərasimdə separatçı Abxaziyanın vitse-prezidenti Vitaliy Qabniya, separatçı Cənubi Osetiyanın administrasiya rəhbərinin müavini Konstantin Puxayev və separatçı Dnestryanının "regionlar naziri" Pyotr Qujex iştirak ediblər.

 

 

S. Sarkisyanın bu addımı artıq Gürcüstanda ciddi narazılıqla qarşılanıb.

 

 

Xatırladaq ki, tədbirlərdə separatçı rejimlərin nümayəndələrindən başqa iştirak edən olmayıb.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı