Modern.az

Milli Qəhrəmanın doğum günü Biləsuvarda coşquyla qeyd olunub

Milli Qəhrəmanın doğum günü Biləsuvarda coşquyla qeyd olunub

7 Fevral 2011, 22:39

Fevralın 7-də Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü onun böyüyüb boya-başa çatdığı Bilə­su­varda müxtəlif tədbirlərlə geniş şəkildə qeyd olunub.

Biləsuvarda keçirilən, millət vəkili Qənirə Paşayeva və İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın, eləcə də rayon rəhbərliyinin, yerli ziyalıların, Mübariz İbrahimovun ailə üzvlərinin və gənclərin qatıldığı tədbirlərdə Milli Qəhrəmanın ömür yoluna bir daha nəzər salınıb, ruhu coşquyla yad edilib. 

Millət vəkili Qənirə Paşayeva Mübariz İbrahimovun adını daşıyan liseydə, eləcə də şəhidin ata evində düzənlənən tədbirdə qəhrəmanlığın heç bir qorxu, sərhəd  ta­nı­maması və bütün digər nəcib özəllikləri barədə, bu keyfiyyətlərin Mübariz İbra­himovun timsalında təzahür etdiyi barədə danışıb. Öz çıxışında may ayında Biləsuvarda qəhrəman gizirin abidəsinin ucaldılacağı və ev muzeyinin açılacağı barədə məsələyə də toxunan millət vəkili istər bu faktı, istərsə də Mü­bariz İbrahimovun yüksək ada layiq görülməsini, onun adının əbədiləşdirilməsi üçün görülmüş tədbirləri, nəşinin düşməndən alınaraq dövlət törəni ilə paytaxtdakı 2-ci Fəxri Xiyabanda dəfn olunmasını dövlət başçısının şəhidlərə, qəhrəmanlara münasibətinin bariz örnəyi kimi dəyərlən­dirib.

Qənirə Paşayeva və Ombudsman Elmira Sıüleymanova eləcə də digər çıxışçılar Mübariz İbrahimovun gənclərimiz üçün parlaq örnək olduğunu bildirib, gənclərə onun adına layiq ömür yolunu öyrənməyi tövsiyyə ediblər.

Modern.az 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi