Modern.az

Jurnalistlər üçün yeni böyük müsabiqə élan olundu

Jurnalistlər üçün yeni böyük müsabiqə élan olundu

7 Fevral 2011, 23:03

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib

Modern.az-ın məlumatına görə, iclasda aşağıdakı məsələlər  müzakirə edilərək müvafiq qərarlar qəbul edilib:

1. Fondun 2010-cu il üçün həyata keçirdiyi tədbirlər və büdcədən ayrılmış vəsaitin xərclənməsi barədə  hesabatın müzakirəsi;

2. 2011-ci il üçün Fondun Fəaliyyət proqramının  müzakirəsi;

3. Novruz Bayramı  münasibətilə keçiriləcək  fərdi jurnalist yazıları müsabiqəsinin  mövzularının  müzakirəsi.

Qurumun icraçı direktoru Vüqar Səfərli birinci məsələ ilə bağlı bildirib ki, 2010-cu ildə dövlət büdcəsindən Fonda 2.301.558  manat vəsait ayrılıb. O, ayrılmış vəsaitin büdcədə nəzərdə tutulan istiqamətlər üzrə sərf olunması barədə sənədləri MŞ üzvlərinin diqqətinə çatdırıb. Ayrılmış vəsaitdən ümumilikdə 4.876 manat xərclənməmiş qalıb ki, bu da dövlət büdcəsinə keçirilib.

 

Daha sonra Fondun 2011-ci il üçün fəaliyyət proqramının ilkin layihəsi iclas iştirakçılarıa təqdim olunub. 2011-ci il üçün tədbirlər planı layihəsinin yaxın günlərdə yenidən müzakirə edilməsi qərara alınıb. 

Sonda Novruz Bayramı  münasibətilə keçiriləcək  fərdi jurnalist yazıları müsabiqəsinin mövzuları müzakirə edilib. Vüqar Səfərli müsabiqənin maliyyələşmə imkanları barədə MŞ üzvlərinə məlumat verib.  Fondun imkanlarını nəzərə alan MŞ üzvləri Novruz bayramı  münasibətilə keçiriləcək  fərdi jurnalist yazıları müsabiqəsinin 7 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul ediblər.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il Novruz bayramı münasibətilə élan etdiyi fərdi jurnalist yazılarının müsabiqəsi aşağıdakı istiqamətlərdə keçiriləcək:

  Müsabiqədə hər mövzu üzrə 3 qalib müəyyən ediləcək, 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 25-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.

Yazılar və sənədlər Fonda 2011-ci il 8 fevral tarixindən 7 martadək təqdim edilə bilər.

Nəticələr martın  20-dək elan ediləcək. 

 

 

 

İstiqamət

 

Təklif olunan mövzu

 

1

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Azərbaycanda məlumat azadlığının qanunvericilik əsasları

 

 

2

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Ermənistanı dünyaya işğalçı kimi tanıtmalı: Azərbaycanın səsi haqqın səsidir

3

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Novruz Bayramı-milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir

4

Azərbaycançılıq ideyasının təbliği 

"Azərbaycan! Azərbaycan!

                 Ey qəhrəman övladın şanlı vətəni!..."

 

5

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 Müasir Azərbaycanın inkişafında gənclərin rolu

6

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 Azərbaycan regionlarının dünəni və bu günü

7

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

 Azərbaycan dünya Azərbaycanlıların  vətənidir

 

 

     

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir